Son sutka ərzində Özbəkistanda COVID-19 koronavirusuna 35 nəfər yoluxub və yoluxanların ümumi sayı 1924-ə çatıb.
Xbr.az Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, yoluxma faizi getdikcə aşağı düşür, sağalanların sayı isə get-gedə artır. Bu günədək 892 nəfər sağalıb, 1024 nəfər müalicə alır, 8 xəstə həyatını itirib.
Özbəkistanın karantin rejimi yumşaldılmağa başlanıb. Bir sıra xidmət sahələri fəaliyyətini bərpa edir.
Hibya Xəbər Agentliyi
© Hibya haber ajansı. Tüm hakları saklıdır.