“BP Azerbaijan” üç yada SOCAR-a 0,7 milyard kubmetr səmt qazı verib

“BP Azerbaijan” üç yada SOCAR-a 0,7 milyard kubmetr səmt qazı verib

Vakıf Katılım

Bu ilin birinci rübündə “BP Azerbaijan” şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin də “Neft Daşları”ndakı qurğu vasitəsilə gündəlik orta hesabla 7,9 milyon kubmetr, ümumilikdə isə 0,7 milyard kubmetr səmt qazı verib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Bu barədə “BP Azerbaijan”dan bildirilib.

Hibya Xəbər Agentliyi