Qazaxıstanda koronavirusa yoluxan iki xəstə sağalıb

Qazaxıstanda koronavirusa yoluxan iki xəstə sağalıb

Vakıf Katılım

Qazaxıstanda yeni növ koronavirus diaqnozu qoyulan ilk iki xəstə sağalıb və cümə axşamı evlərinə buraxılacaqlar. Bunu ölkəni İnformasiya və İctimai İnkişaf naziri Dauren Abayev açıqlayıb.

Hibya xəbər verir ki, onlar hələlik müşahidə altındadırlar və nəzarət testlərindən keçəcəklər.

Qeyd edək ki, hazırda Qazaxıstanda koronavirus infeksiyası ilə bağlı 80 hal təsdiqlənib.

Hibya Xəbər Agentliyi