Rumıniyada koronavirusla əlaqədar fövqəladə vəziyyət elan olunub

Rumıniyada koronavirusla əlaqədar fövqəladə vəziyyət elan olunub

Vakıf Katılım

Rumıniya Prezidenti Klaus Yohannis koronavirus təhlükəsi ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. Virusa 500 nəfərdən çox yoluxan ölkələrdən Rumıniyaya gələn sərnişinlər dərhal karantinə alınacaq. Bundan əlavə, dövlət müəssisələrinin iş vaxtında dəyişikliklər edilib. Əhaliyə bütün işlərini evdə görmək tövsiyə olunub. İaşə obyektlərinin çoxu ya tam bağlanıb, ya da xüsusi qrafiklə işləyir.

Hibya Xəbər Agentliyi