Avstriyada koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərin müddəti uzadılıb

Avstriyada koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərin müddəti uzadılıb

Vakıf Katılım

Avstriyada koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərin müddəti aprel ayının sonunadək uzadılıb.

F.az xəbər verir ki, bu barədə məlumatı hökumətin mətbuat konfransında Federal Kansler Sebastian Kurts məlumat verib. O, bildirib ki, hazırda ölkədə yoluxma halları ilə bağlı müsbət tendensiya müşahidə olunsa da, böhranı daha qısa müddətdə arxada qoya bilmək üçün məhdudlaşdırıcı tədbirlərə ciddi şəkildə riayət etmək lazımdır.

Mətbuat konfransında hökumətin aktual vəziyyətlə bağlı əlavə tədbirləri də təqdim olunub. Supermarketlərdə maskalardan məcburi şəkildə istifadəsi ictimai nəqliyyata da tətbiq olunacaq. Pasxa bayramından (12 aprel) sonra yoluxma hallarının statistikası növbəti addımların müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyət daşıyacaqdır. Eyni zamanda, iqtisadi və sosial həyatın pilləli şəkildə normal fəaliyyətə dönüşü də nəzərdə tutulur.

Federal Kansler bildirib ki, satış sahəsi 400 kvadratmetri aşmayan ticarət obyektləri gigiyena qaydalarını gözləməklə aprelin 14-dən etibarən öz fəaliyyətlərini bərpa edə biləcəklər. Mayın 1-dən isə bütün ticarət mərkəzləri, bərbərxanalar və digər obyektlərin işləməsinə icazə veriləcək.

Plana əsasən, orta məktəblər may ayının ortalarında yenidən normal dərs rejiminə başlaya biləcəklər, ali təhsil müəssisələri isə tədris ilini onlayn dərslərlə başa vurmalıdırlar.

Ölkədə kütləvi tədbirlərin keçirilməsi iyun ayının sonuna kimi qadağan olacaq.

Hibya Xəbər Agentliyi