Qazaxıstan neft hasilatını sutkada 390 min barrel azaltmaq niyyətindədir

Qazaxıstan neft hasilatını sutkada 390 min barrel azaltmaq niyyətindədir

Vakıf Katılım

Qazaxıstan mayın 1-dən etibarən iki ay müddətinə neft hasilatını azaltmaq barədə öhdəlik götürüb.

Frame.az xəbər verir ki, Qazaxıstan gündəlik neft hasilatını 390 min barrel azaltmaq niyyətindədir.

Qeyd edək ki, apelin 12-də OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfrans formatında keçirilən X iclasında Qazaxıstanın Energetika naziri Nurlan Noqayev bildirib ki, ökəsi əvvəllər olduğu kimi, konstruktiv dialoqa sadiqdir və dünya bazarında yaranmış çətin vəziyyəti nəzərə alaraq neft hasilatının kollektiv şəkildə azaldılmasında iştirak etməyə hazırdır.

“OPEC+” ölkələrinin X iclasında gündəlik neft hasilatının azaldılması ilə bağlı “Əməkdaşlıq Bəyannamə”si təsdiqlənib. Növbəti iclasın isə iyunun 10-da videokonfrans formatında keçirilməsi razılaşdırılıb

Hibya Xəbər Agentliyi